Ən məşhur qanqster ölüb: Cəsətlərdə narkotik daşıyıb…
Amerokalı qanqster Frenk Lukas ölüb.
Qanqster iki gün öncə 88 yaşında Nyu-Cersidə xəstəxanaya çatdırılarkən yolda keçinib.
1960-70-ci illərdə Lukas Nyu-Yorka ən çox heroin gətirən narkobaron olub. Onun kliyentləri arasında tanınmışlar, senatorlar və biznesmenlər daha çoxluq təşkil edib.
1975-ci ildə Lukasa məhkəmənin hökmü ilə 70 il həbs cəzası verilib. 1991-ci ildə həbsdən çıxsa da, Lukasın 50 milyon dollarını ofşor hesablardan heç vaxt müəyyən etmək mümkün olmayıb. 2007-ci ildə onun həyatından bəhs edən “Amerikalı qanqster” bədii filmi çəkilib. Baş rolu isə Denzel Vaşinqton oynayıb. Ailəli olan Frenkin 7 uşağı var
XƏBƏR LENTİ
2025/11/19 14:22

