Nərmin Şahmarzadədən Mübariz İbrahimovun valideynlərinə: “Üzr istəyirəm” – Video
Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərlə tənqid hədəfinə çevrilən “psixoloq” Nərmin Şahmarzadə yeni çıxışını sosial media hesabında paylaşıb. O, M.İbrahimovun ailəsinin baş verənlərə münasibətinə fikirlərini bildirərkən onlardan üzr istəyib.
Minval.info xəbər verir ki, psixoloq kimi təqdim edilən tələbə insanların onu yalnış anladığını söyləyib. O həmçinin bildirib ki, heç kəsin oğluna “qatil” deməyib.
“Facebook-da Mübariz İbrahimovun atasından müsahibə alıblar. Çox təəssüf ki, fikirlərimi yanlış çatdırıblar. Bu çox acınacaqlıdır. Nə statusumda, nə videomda heç kəsin oğluna qatil deməmişəm. Oğul itirmiş birinə bu şəkildə yalan demək heç etik deyil. Əgər bu xəbər onu incidibsə, şəxsim adıma sırf Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm” – Şahmarzadə qeyd edib.

