Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var – Məhkəmə rəy verdi
Bu gün Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib.
Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.
O bildirib ki, N.Şahmarzadə prosesə gəlmədiyi üçün məhkəmə oktyabrın 21-dək təxirə salınıb:
“Mən onun məcburi gətirilməsi barədə vəsatət verdim. Əgər növbəti dəfə də məhkəməyə gəlməsə, o zaman polislə məcburi şəkildə gətiriləcək”.
Vəkil deyib ki, N.Şahmarzadə barəsində təyin edilən linqvistik ekspertizanın rəyi də məlum olub:
“Orada qeyd edilib ki, Nərminin statusunda təhqir və böhtan var. Yəni ekspertiza da bizim şikayətimizi təsdiqləyib”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

