Nəsimi rayonunda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

Nəsimi rayonunda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya bildirilib ki, rayon ərazisində A.Əsədovaya məxsus avtomobildən pul, sənəd, ətir və mobil telefon olan çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Hacıyev Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

