Ən son transfer xəbərləri – “Real”dan iki vacib həmlə, “Qalatasaray” gözləmədə…
Bu ilki yay transfer pəncərəsi nisbətən sakitliyi ilə fərqlənir.
Hələlik “Yuventus” klubunun Ronaldo transferindən başqa böyük transfer adlandıra biləcəyimiz transferlər olmayıb.
Minval.İnfo hazırda mediada gündəmə gələn ən son transfer iddialarını sizlərə təqdim edir.
“Barselona”-nın ulduzu uğrunda 5 klub yarışır

Dünya Çempionatında Kolumbiya millisi ilə uğurlu oyun nümayiş etdirən gənc müdafiəçi Yeri Mina transfer xəbərlərində ən çox adı hallanan oyunçulardandır. İlk olaraq oyunçunun adı “Fənərbağça” klubu ilə hallansa da sonralar digər klublarda əlavə olundu. Hazırda “Everton”, “Lion” “Totenham” klubları da oyunçunu transfer etmək niyyətindədir.
Lakin bu transferdə ən üstün tərəf “Totenham” klubudur. İngilislər Mina ilə birlikdə Lukas Dinyenin transferi ilə də maraqlanır.
Oyunçunu istəyən sürpriz komandalardan biri isə “Qalatasaray” klubudur. Fatih Terimin oyunçunu bəyəndiyini deməsindən sonra İstanbul nəhənginin də bu yarışa qoşulduğu iddia olunur.
Rodriqez “Real”- a qayıdır

“Marca” qəzetinin iddiasına görə oyunçu və “Real Madrid” yenidən qovuşmaq istəyir. Lakin “Bayern Münih”-ə keçərkən imzalanmış müqavilədəki şərtə görə alman klubu qeyd edilən miqdarı ödəyərsə oyunçunu transfer edə bilər.
Şakiri “Liverpul” yolçusu
İngilis mediası Şakirinin 13.5 milyon funt qarşılığında “Liverpul”-a keçəcəyini yazıb. Yurgen Klopun oyunçunun DÇ-da çıxışını bəyəndiyi iddia olunur.
İngilislər “Beşiktaş”-ın ulduzu üçün yarışır
Xorvatiya millisinin əsas oyunçularından olan Domoqoy Vida üçün “Everton” və “Liverpul” klubları yarışır. “Liverpul” klubu Vida üçün 17.5 milyon funt ödəməyə hazırdır. Lakin “Beşiktaş” oyunçunu 30 milyona satmağa niyyətlidir.
“Mançester Yunayted” ingilis müdafiəçini transfer edir
“DailyMail”-in xəbərinə görə qırmızı şeytanlar müdafiəçi Hari Maqvayeri transfer etmək istəyir. DÇ-da uğurlu çıxış edən oyunçuya klubu “Lester Siti” 50 milyon funt qiymət qoyub.
Qolovin “Yuventus”-u seçir
DÇ-da möhtəşəm oyunu ilə nəhəng klubların diqqətini çəkən oyunçu “Yuventus” klubunun təklifinə müsbət yanaşır. 22 yaşlı rus futbolçunu “Çelsi” və “Arsenal” klubları da transfer etmək istəyir.
“Real Madrid” Hazarda görə 150 milyon funt ödəməyə hazırdır
Ronaldonun gedişindən sonra ulduz futbolçu transfer etmək istəyən kral klubu gözünü “Çelsi” nin ulduzu Hazarda dikib. Bernabeuda oynamağın xəyalı olduğunu deyən Hazardın komandanı tərk etməsi istisna deyil.
Tamerlan


