Nabranda bir nəfər dənizdə batıb
Nabranda bir nəfər dənizdə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran kəndində dənizdə, məntəqə ərazisində 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib və 1951-ci il təvəllüdlü Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

