Nadir Qafarzadə xırda əşyaya görə aranı qarışdırdı
Müğənni Nadir Qafarzadə Türkiyədə də qalmaqal yaratmağı unutmayıb.
Minval.info xəbər verir ki, sənətçi mobil telefonuna görə aranı qarışdırıb. Belə ki, onun unutqanlığı özündən çox həmkarlarının başına bəla olub. Nadir Qafarzadə cib telefonunu müğənni Zamiq Hüseynovun maşınında düşürüb. Lakin sənətçi telefonunun oğurlandığını düşündüyündən oteldəki işçiləri təlaşa salıb və tapılmasını istəyib.
Zamiq Hüseynov Nadirin özünənməxsus tərzdə aranı qarışdırdığını gördükdən sonra əşyasını həmkarına verib.
Əjdaha ləqəbli şou-biznes nümayəndəsi o qədər səs-küy salıb ki, eyni oteldə qalan meyxanaçı Namiq Qaraçuxurlunun yuxusuna haram qatıb.
Yaxşıdır, onun mobil telefonu həqiqətən oğurlanmayıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

