Naftalanda gənc oğlan özünü beşinci mərtəbədən atıb

Naftalanda gənc oğlan intihara cəhd edib.
“Minval“-ın məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən beş mərtəbəli binaların birində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.
Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

