Namaz qılmaq üçün məscidə girdi, motosikli oğurlandı – VİDEO
Türkiyənin Sakarya bölgəsində namaz qılmaq üçün məscidə gedən şəxsin motosikli oğurlanıb.
Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, Sakaryanın Taşburun məhəlləsində yaşayan Həsən Nazım adlı şəxs motosikletini məscidin həyətində saxlayaraq namaz üçün məscidə girib.
Daha sonra o öz motosikletin tapa bilməyib. Jandarmaya müraciət edən şəxs motosikletin oğurlandığını öyrənib.
Təhlükəsizlik kameralarında əksini tapan görüntülərdə iki naməlum şəxsin motosikleti götürüb qaçdığı bəlli olub.
Hüquq-mühafizə orqanları oğruların kimliyinin müəyyənləşdirməyə çalışır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

