Namiq Qaraçuxurlunun anasına nə olub?

Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlu anasını Ərdəbilə müalicəyə aparıb.
İfaçı MİNVAL.İNFO-a açıqlamasında anasının hazırda əməliyyatda olduğunu deyib. O bildirib ki, bu, çox ağır əməliyyatdır:
“Anam onkoloji xəstədir. Xəstəlik qida borusundadır. Hazırda əməliyyatdadır. Ağır əməliyyatdır”.
Qeyd edək ki, N.Qaraçuxurlu ötən gün video paylaşaraq anası üçün izləyicilərindən dua etmələrini istəyib.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

