Namiq sözünü tutdu: düet izdihamla qarşılandı – VİDEO
Xalq artisti Könül Xasıyevanın Heydər Əliyev sarayında “Yaşamağa varmı güman?” adlı konserti baş tutub.
Könül Xasıyeva izləyicilərə bildirib ki, qonaq müğənninin mahnısından bir sətr ifa edəcək və izləyicilər də onu elə səsindən tanıyacaqlar. Bundan sonra xalq artisti Namiqin “Bir arzu tut” adlı mahnısının ilk sətirlərini ifa edib və izləyicinin alqışları ilə Namiq səhnəyə gəlib. Onların bu düeti izləyənlərin ürəyincə olub.
Qeyd edək ki, konsertin ilk günündə gecikən Namiq Qaraçuxurlu xalq artistinə düet oxuyacaqlarına dair söz vermişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

