“Namizədlərin təklifləri nəzərə alınacaq” – İlham Əliyev
“Son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillər müşahidə olunur”
Minval.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, fürsətədən istifadə edərək seçkilərdə iştirak edən namizədlərə təşəkkürünü bildirib. Prezident həmçinin onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
“Namizədlərin çıxışlarında kifayət qədər kəskin, tənqidi fikirlər səslənmişdi. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu siyasi mübarizənin düzgün inkişaf etməsindən xəbər verir. Kampaniya zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq” – İlham Əliyev bildirib.
Ölkə başçısı söyləyib ki, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı öz yerini göstərdi:” Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkədə hansısa mövqeyə sahib olsun”.

