Naxçıvanda nağdsız ödənişlər 40% artıb
Bu il iyulun 1-nə Naxçıvan MR-da 1 467 POS-terminal olub.
Bu barədə “Minval.info” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 157 ədəd və yaxud 12% çoxdur.
Hesabat dövründə muxtar respublikada internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 56,2 milyon manat təşkil edib. Bu, bir il öncəki göstəricidən 39,5% çoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

