Naxçıvanda sığorta bazarı 19% kiçilib
Bu ilin I yarısında Naxçıvan MR-da 3,41 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə “Minval.info” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% azdır.
6 aylıq sığorta yığımının 714 min manatı könüllü, 2,696 milyon manatı isə icbari sığorta növlərinin hesabına formalaşıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

