Azərbaycan telekanalında şok qalmaqal: “Əməkdar artist aparıcını söyüb verilişi tərk etdi”
Dünya TV-nin efirində yayımlanan “Gecənin səsi” verilişində gərgin anlar yaşanıb.
Minval.info xəbər verir ki, mərhum Əməkdar artist Məhəbbət Kazımova həsr olunan buraxılışda iştirak edən qonaqlardan biri aparıcını təhqir edib.
Belə ki, xanəndə Ehtiram Hüseynovla Natiq Dağlaroğlu arasında mübahisə baş verib. Əməkdar artist adına layiq görülən xanəndə aparıcının Şirvan zonasından olan sənətçini verilişə dəvət etməsinə kobud şəkildə narazılığını bildirib.
E.Hüseynov narazılığını Məhəbbət Kazımovun qarabağlı olması ilə əsaslandırıb.
Xanəndə bu səbəbdən aparıcı Natiq Dağlaroğlunu təhqir edib. Ehtiram Hüseynov hətta onun ünvanına ağır söyüşlər söyləyərək verilişi tərk edib.
S.M
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22



