Nazarbayev nazirlərə xarici kostyum geyməyi qadağan etdi

nazarbayev ile ilgili görsel sonucuQazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə nazirlərini yerli geyimləri geyməyə səsləyib. Ölkə başçısının fikrincə, yerli istehsal olan geyimlərə heç kim fikir vermir, eyni zamanda hər şey xaricdən gətirilir.

Virtualaz.org “nur.kz” portalına istinadən xəbər verir ki, Astanada Qazaxıstan hökumətinin geniş iclasında çıxış edən N.Nazarbayev bununla bağlı deyib: “Bizdə hər şey xaricdən gətirilir. Dəblə geyinən kişi və qadınların olduğunu başa düşürük, onlara ancaq “Şanel-manel” ver və s. Bəs sadə xalq? Gənclər ilinin açılışında mənə əla kostyumlar və ayaqqabılar göstərdilər. Sadəcə, diqqət yetirmirik. Niyə inkişaf etdirməyək? Yerbol (Yerbolat Dosayev – milli iqtisadiyyat naziri), sən bununla ümumiyyətlə məşğul olmursan”.

Prezident həmçinin Qazaxıstanda istehsal edilən malların təşviq edilməli olduğunu vurğulayıb: “Burada oturanlar, biz hamımız yerli kostyumlara keçməliyik. Bunda qorxulu heç nə yoxdur. Dünyada sadə geyim mövcuddur, xüsusilə dövlət qulluqçuları üçün – bütün insanlar üçün. Və biz yerli yüngül sənayeni qaldıracağıq… Ora-bura gedirik, bazarlarda axtarırıq. Amma daxili bazardan istifadə etmirik”, – prezident bildirib.

Dünya

Nəşr edilib: 2019/01/30 14:54

Baxış: 253


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06