Nazilə Səfərli: “Bir nəfərin torbasını tikirəm…”
Şairə Nazilə Səfərli aparıcı Bernardo Xose ilə bağlı maraqlı paylaşım edib.
Minval.info xəbər verir ki, o ötən gün “Maşın” şounu tərk edən Xosenin onun əli ilə getdiyini bildirib: “Bir nəfərin torbasını tikirəm. Deyim bilin ki, oyunu hələ də mən oynayıram. Orada tək ürəkli oyunçu zəhləm getməmiş Sərxandır”.
O, prodüser Tolikin Bernardo Xose haqda paylaşımına rəy bildirib. Belə ki, T.Əliyev keçmiş iştirakçının şəklini profilində yerləşdirərək, Səmranın istəmədən onu oyundan uzaqlaşdırdığını və Xosenin güclü rəqib olduğunu bildirib. Bu paylaşımın şərh hissəsinə Nazilə Səfərli “Səmranın mən bacısı ölməyib ki, o, səs toplaya bilməsin” yazıb.
Xatırladaq ki, Bernardo Xosenin oyunu sayəsində aktrisa Xəyalə Quliyeva hədəf seçilmiş, səs toplayıb Naziləni uzaqlaşdırmışdı.


