Nazilə Səfərli: Ərə gələndə elə bildim “kurorta” gəldim
“Nişanlım mənə xərclik verirdi, mən də ev süpürtdürürdüm”.
Minval.info xəbər verir ki, bu sözləri “Söhbət var” verilişində şairə Nazilə Səfərli deyib.
Nazilə Səfərli maddi durumunun hər zaman yaxşı olmasından söz açıb:
“96-cı ildən mən pulun içərisindəyəm. Çox hallı-dullu ailənin gəlini olmuşam. Atam evində çox uşaqlı ailədə olmuşam, amma aclıq, susuzluq çəkməmişik. Çoxuşaqlı ailənin özünün şirinlikləri var, birinə çatanda birinə çatmaya bilər, amma paylaşmağı bacarırsan. Mən ərə gələndə elə bildim “krorta” gəlmişəm. Orada kef gördüm. Toyun axrıncı günü idi, çamadanlarımı yığırdım. Bacım dedi ki, hamısı yığma 1 həftəyə geri gələcəksən. Oradan bura onu daşımaq da var. Nişanlı idim, atam evində olanda nişanlım bizə gələndə mənə həftəlik xərclik verirdi. Mən də o pullarla qızların birinə ev süpürtdürürdüm, birinə qab yuduzdururdum, iş görmürdüm”.

