Nazir əvəzi: “Səhiyyə sistemində islahatlar aparılacaq”
“Səhiyyə sistemində islahatlar aparılacaq”.
Minval.İnfo xəbər verir ki, bunu “report”a eksklüziv açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, bütün bunlarla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, Teymur Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də T.Musayevə verilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


