“Nazirlik 20 il bizi görməzdən gəldi, indi isə…” – Rejissor Aqil M.Quliyevlə qalmaqallı müsahibə, FOTOLAR

“Mədəniyyət Nazirliyi 20 ildir ki, bizi yada salmır. Elə bil, mənim kimi rejissor, sənətçi yoxdur. Əvvəl reklam çəkdik, sonra klip çəkdik. Biz serial üçün cırmaq-cırmaq pul tapırıq. Bizim nazirlik bizi görmək istəmir. Nə eləmişiksə, şəxsi sifarişlə etmişik. Mədəniyyət Nazirliyi çox gülməli görünür. Illərlə bizə dedilər ki, kinoya pul yoxdur. İndi görürük ki, varmış” .

Bu sözləri tanınmış rejissor Aqil M.Quliyev musavat.com-un suallarına cavab verərkən deyib.

Çəkilişlərinə start verilən “Şükriyyə” serialında aktyor kimi kamera qabağına keçən müsahibimiz bildirib ki, rejissorlar aktyorluq edən həmkarlarını filmə çəkmir: “Bilmirəm, nəyə görə belədir. Rejissor rejissora qarşı niyə soyuq münasibət göstərir. Bu dəfə aktyor kimi kamera qarşısına keçmişəm. Rejissor aktyorluq edirsə, öz obrazına əl gəzdirir. Amma serialımızın rejissoru Kənan M.M-dir. Maraqlı layihədir. Tamaşaçıların maraqla izləyəcəyi serial olacaq”.

– Sizi nadir hallarda qala gecələrində görürük, amma bir rejissor kimi yeni filmlərimizi yəqin ki, izləyirsiniz. Filmlərimizin hazırkı aqibəti necədir?

– Kinomuz səhv tərəfə gedir. Dövlət kinematoqrafiyamız ancaq festival üçün filmlər çəkir. Kimsə kimisə inandırıb ki, azərbaycanlı rejissorlar yaxşı kommersiya filmləri çəkə bilməz. Müstəqil kinematoqrafiya özbaşına qalıb. Bura mədəniyyətin bitdiyi yerdir. Qurşaqdan aşağı zarafatlarla insanları güldürməyə çalışırlar. İnanmıram, indidən sonra kino düzələ… İtirdik, getdi. Bu qədər…

– Sizin çəkdiyiniz “Ər-arvad” serialı yaxşı izlənirdi. Amma serialın aktyorları ilə aranızda nələr yaşandı ki, layihədən uzaqlaşdınız?

– “Ər-arvad” layihəsi bitdi. 2016-ci ildə başladı, 2019-cu ilə qədər davam etdi və bitdi. Belə deyək, səbəb pul idi. Həmişəki kimi pul… Aktyorlar kifayət qədər məşhurlaşdı və belə qərara gəldilər ki, bizsiz işləyib, qazana bilərlər. Bizim layihəyə qoyduğumuz adla da davam edirlər. Təbii ki, bu hüquq normativlərinə uyğun gəlmir. Sual yaranır ki, hansı hüquq? Bu müəllif hüququdur. Təəssüflər olsun ki, bu qanuna əməl edilmir. Küçədə kiminsə danışdığı fikri eşidib, öz fikrin kimi reallaşdıran şəxs ilə kiminsə çantasını oğurlayıb, qaçan şəxs, hüquq qarşısında eyni cür cəzalandırılmalıdır. Əqli mülkiyyət qanunla mülkiyyət kimi qiymətləndirilməlidir. Yoxsa, belə vəziyyətlər çox yaranacaq.

– Mədəniyyət Nazirliyi ilə problem yaşayan məşhurlardan biri də sizsiniz…

– Mən Mədəniyyət Nazirliyindən yaralı deyiləm. Yaralı olmaq üçün gərək, salam-sağ olun olsun. 20 ildir ki, məni yada salmayıblar. Bir dəfə dövlət tərəfindən mənə layihə verilib və ona da qulp qoydular. Bizim Mədəniyyət Nazirliyimizlə vəziyyət çox gülməlidir. İllərboyu “Kinoya ayırmağa pul yoxdur” fikrini bizə yedizdirdilər. Nəinki mən, minlərlə insan var ki, bizim nazirliyin kinoya ayıracaq pulunun olmadığına inanmışdı və inanırıq. Bizə nə qalır? Bizi eşidən var ki? Ona görə də gördüyünüz kimi, başımızı salmışıq aşağı, işimizi görürük. Yeni serial çəkirik…

3e7fb069-8f0d-40d6-99ca-ffebe16bb43e.jpg (106 KB)

– Yeni mədəniyyət nazirinin kim olması ilə bağlı müxtəlif versiyalar səsləndi. Kimisi dedi ki, deputatlardan biri olsun, kimisi də dedi, incəsənət nümayəndələrindən biri… Sizə görə həmin kürsüdə kim otura bilər?

– Mən çox inanmaq istərdim ki, yeni nazir Azərbaycan kinosunu görəcək. Görəcək ki, tarixdə belə bir fenomen olub. Hər millətin, hər dövlətin kinosu olmur. Sadəcə, olan şeyi də itirməyək. Gərək, malımıza yiyə çıxaq.

– Yerli filmlər hər zaman xarici filmlərlə müqayisə olunur. Bu, nə dərəcədə doğrudur? 

– Azərbaycan kinematoqrafiyasını nə Türkiyə, nə İran, nə də İngiltərə kinematoqrafiyası ilə müqayisə etmək düzgün deyil. Öz kinomuzu bizim boyda olan dövlətlərin kinoları ilə müqayisə etməliyik. Baxmalıyıq ki, bizim kimi dövlətlər öz kinematoqrafiyasını dünya kinematoqrafiyasına necə inteqrasiya edir. Bizim kimi bazarlar dublyajdan, təhsildən başlamalıdır. Gürcüstana baxın, görün, nələr etdi. Avropada elə məşhur rejissor yoxdur ki, Gürcüstanda çəkiliş etməsin. Onlar iqtisadi şərait yaradır. Gəl, pulunu ödə, işlə. Bizdə də belə şərait yaradılmalıdır. 30-40 rejissor gəlib, kino çəksə, bizimkilər də onlarla işləyib, püxtələşib mütəxəssis olacaq.

28b123c1-d4f5-46d5-a669-8e55b566baed.jpg (119 KB)

– Bizim aktyorlar da Rusiya, Türkiyə istehsalı olan serial və filmlərdə rol almağa başlayıblar… 

– Peşəkar, həmişə peşəkardır. İstər burada, istərsə də başqa ölkədə… Bir az da bəxt məsələsi var. Bizə düşmən lazım deyil. Özümüz, özümüzü təhqir edirik, tənqid edirik, bir-birimizi yeyirik. İnsan sosial şəbəkələrə girmək istəmir. Elə bil, necə milyon incimiş insanıq. Hamının içində aqressiya var.

– Xarici ölkələrdə təhqir olunan insanlar hüquq-mühafizə orqanlarına müraciət edirlər. Bizdə isə bu məsələyə ciddi yanaşılmadığından sosial şəbəkələrdəki təhqirlərin qarşısını almaq olmur… 

– Qanunvericilik müəyyən cərimələr tətbiq etsə, siz sosial şəbəkədə nə təhqir görəcəksiz, nə də aqressiya… Çox sərt qanunlar olmalıdır. Sosial şəbəkəni də idarə etmək olmaz. Elə etmək olar ki, heç kimin ruhu da inciməz. Döyə-döyə məcbur etməyəcəksən ki… İnsanı inandırmalısan ki, belə olmalıdır. Bu, elmdir, insanları idarə etmək olur və lazımdır. Adicə ailəni misal çəkək. Elə ki, uşaqların, evin başını buraxdın, görürsən ki, ev çökür. Hər insanın içində bir yırtıcı var. Ona görə də insan toplumu sərt idarə olunmalıdır. İnsanları televiziya tərbiyə etməlidir. Televiziya publikanı tərbiyə etməlidir, publika televizyanı əzib, dəyişdirməli deyil. Məsələn, baxırsan, çox böyük maraqlı layihədir, cəmi 5-10 bəyənmə var. Ancaq baxırsan, “Filankəsin vanna otağından şəkillər” yazılıb, millət cumacaqlar ora… Bu da bizim televiziyanın boşluqlarıdır.

Könül İbrahim,
Musavat.com,
Video: Elçin Əkbərov

Müsahibə

Nəşr edilib: 2020/06/03 16:16

Baxış:1525


XƏBƏR LENTİ

2020/07/14 23:09

2020/07/14 21:31

2020/07/14 21:11

2020/06/03 16:16

2020/07/14 21:06

2020/07/14 19:58

2020/07/14 17:40

2020/07/14 17:36

2020/07/14 16:08

2020/07/14 16:07

2020/07/14 15:50

2020/07/14 12:39

2020/07/14 12:25

2020/07/14 10:45

2020/07/14 9:07

2020/07/14 8:02

2020/07/13 18:47

2020/07/13 18:44

2020/07/13 18:42

2020/07/13 18:29

2020/07/13 16:30

2020/07/13 16:19

2020/07/13 15:40

2020/07/13 15:04

2020/07/13 14:59

2020/07/13 14:36

2020/07/13 13:33

2020/07/13 13:00

2020/07/13 11:26

2020/07/13 10:34

2020/07/13 9:41

2020/07/13 9:36

2020/07/13 9:28

2020/07/13 0:44

2020/07/13 0:42

2020/07/13 0:38

2020/07/12 16:57

2020/07/12 14:09

2020/07/12 12:48

2020/07/12 12:45

2020/07/12 12:43

2020/07/12 12:40

2020/07/12 12:40

2020/07/12 12:39

2020/07/12 12:37

2020/07/12 12:36

2020/07/12 12:34

2020/07/12 12:33

2020/07/12 12:29

2020/07/12 12:11