Nazirlikdən kartofun qiymətinin bahalaşması xəbəri ilə bağlı – Açıqlama
“Azərbaycana idxal edilən kartofun gömrük rüsumunun iki dəfə artırılması kartofun qiymətində artıma səbəb olmayacaq”.
Bunu REAL-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
O bildirib ki, Azərbaycan tələbatını daxili istehsalın hesabına ödəyə bilir. Kartofun gömrük rüsumunun iki dəfə artırılması fermerlərə dəstəkdir. Onlar öz məhsullarını rahat sata biləcəklər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

