Nebahat Çehre Azərbaycana dəstək oldu
Türkiyənin tanınmış aktrisası Nebahat Çehre Azərbaycana dəstək olub.
Minval.info xəbər verir ki, o, instaqram səhifəsində Azərbaycan və Türkiyənin bayraqlarının fotosunu paylaşıb. Aktrisa 861 min izləyicisi olan səhifəsində bölüşdüyü fotoya “Yanındayıq” şərhini yazıb.
N.Çehrenin paylaşımına minlərlə azərbaycanlı rəy bildirərək ona təşəkkür edib.
Qeyd edək ki, N. Çehre Azərbaycanda “Aşkı-memnu” serialından sonra məşhurlaşıb.
O, eyni zamanda Azərbaycan istehsalı olan “Qanlı Yanvar” filmində azərbaycanlı qadın obrazını canlandırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


