Neft Fondu valyuta satışını azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 5 707,51 mln. ABŞ dolları məbləğində valyuta satılıb.
“APA-Economics”in Fondun dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 75,79 mln. dollar və ya 1,3% azdır.
Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin oktyabr ayı ilə müqayisədə ötən ay Fond tərəfindən satılan valyutanın həcmi 17,6% azalıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

