Neft ölkəsində ciddi problem yaranıb – 1 trilyon dolları hara xəcləməli?

Dünyada milyonlarla insanın aclıq çəkdiyi, başlarının üstündə damı olmadığı bir vaxtda dünyada ən zəngin neft ölkəsinin də öz problemi var. Belə ki, Norveçin Qlobal Pensiya Fondunda (GPFG) neftin satışından əldə edilən gəlirlər hesabına 1 trilyon dollardan çox pul yığılıb və indi həm fondda, həm hökumətdə  bu sualın üstündə baş sındırırlar: pulları hara yatırmalı, nəyə xərcləməli?

Minval.info virtualaz.org-a istinadən qeyd edir ki, GPFG 1998-ci ildə Norveçin neftdən əldə etdiyi gəlirlərin gələcək nəsillər üçün yığılıb qorunması üçün yaradılıb. Artıq 20 ildir ki, Norveç hakimiyyəti neftdən gələn pulları həmin fondda cəmləyir. “Neft günlərin birində tükənəcək, amma fondun gəlirləri Norveç əhalisinə fayda gətirməkdə davam edəcək”, – Fondun saytında belə deyilir.

Hazırda GPFG dünyada ən nəhəng suveren fonddur. Norveçin əhalisinin sayı cəmi 5.26 milyon nəfərdir, yəni fondda yığılan pulları adambaşı bölsələr hər norveçliyə 200 min dollar düşərdi. Fondun işi tam şəffaflıq üzərində qurulub və istənilən vətəndaş online rejimdə onun fəaliyyətinə dair bütün statistikanı, dinamikanı izləyə bilər.

Ölkə bu cür etibarlı təhlükəsizlik yastığını savadlı iqtisadi, investisiya və şaxələndirmə siyasəti sayəsində formalaşdırıb. Fonda ümumiyyətlə, neftdən əldə edilən gəlirlərin hamısı daxil olur, büdcə xərcləri üçün isə fondun cəmi aktivlərinin ən çoxu 3 faizi həcmində vəsait yönəldilə bilər. Hökumət neft pullarını xarici şirkətlərə, inkişaf etməkdə olan biznesə, səhmlərə və daşınmaz əmlaka yönəldir.

Hazırda GPFG-nin investisiya strategiyası aşağıdakı şəkildə formalaşıb: səhmlərə fondun vəsaitlərinin 67.6 faizi, qiymətli kağızlara 29.7 faizi yatırılıb. Daşınmaz əmlaka isə cəmi 2.7 faiz pul qoyulub. Fondun payına ən çox Apple, Amazon, microsfot Alphabet kimi qlobal şirkətlərin səhmləri daxildir. Habelə fond ABŞ, Yaponiya və Almaniyanın qiymətli kağızlarını alıb. 2018-ci ilin əvvəllərində elan edilib ki, fond qeyri-publik şirkətlərə də yatırım qoya bilər. Norveç Maliyyə Nazirliyində hesab edirlər ki, bununla nəinki fondun gəlirlərini artırmaq, eləcə də mümkün riskləri şaxələndirmək olar. Hazırda dünya iqtisadiyyatında tendensiyalar elədir ki, səhmlərini birjaya çıxaran şirkətlərin sayı getdikcə azalır. Məsələn, ABŞ-da son ildə səhmləri birjalarda alınıb-satılan şirkətlərin sayı iki dəfə azalıb.

Lakin iqtisadçılar fondun investisiya siyasətini aqressiv və yüksək riskli hesab edirlər. “Özəl şirkətlərin səhmləri investisiyaların Norveç modelini riskə atır”- BI Norwegian Business School Universitetindən professor Espen Henriksen deyir. O, əvvəllər GPFG-də işləyib. Professorun fikirləri təəcüblü deiyl, çünki yüksək gəlirlilik həm də yüksək risk səviyyəsi deməkdir. 2018-ci ilin üç kvartalı ərzində fond 21 milyard dollar gəlir əldə edib-əsasən səhmlərin hesabına. Qiymətli kağızlar portfeli isə ABŞ-ın dövlət istiqrazlarının ucuzlaşması nəticəsində ziyana gedib. 2017-ci ildə isə fond səhmlər hesabına 130 milyard dollar qazanmışdı.

Dünya

Nəşr edilib: 2018/11/25 12:52

Baxış: 512


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06