Neftçalada avtomobil istehsal ediləcək – Qiyməti və adı məlumdur
Neftçalada istehsal ediləcək avtomobillərin adı və qiyməti açıqlanıb.
Minval.İnfo ATV.az-a istinadən xəbər verir ki, Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı “Crown” olacaq. Zavoddan verilən məlumata görə, bu avtomobillər ixrac üçün nəzərdə tutulduğundan adı da ona uyğun seçilib. İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub – sadə və lüks. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq. Mühərrikin həcmi isə 1.7 litr olacaq. Bu avtomobillər Pejonun (Peugeout) bazasında yığılacaq. Avtomobillərin qiyməti 14-16 min manat arasında dəyişəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

