Neftçalada daha bir faciə – 49 yaşlı kişi öldü
Neftçala rayonunda 49 yaşlı kişini elektrik cərəyanı vurub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Kür çayının Bankə qəsəbəsindən keçən hissəsində baş verib.
Kür çayındakı gəmilərin birində iş görən zaman qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ağayev Kamran Ayaz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

