Neftçalada “Mercedes” aşdı, 41 yaşlı sərnişin dünyasını dəyişdi

Bu gün Neftçala rayonunun 1 №-li Mayak kəndində “Mercedes” markalı minik avtomaşınının aşması nəticəsində sərnişin dünyasını dəyişib.
Məlumata görə, 99 XB 297 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşının aşması nəticəsində sərnişin, 1№-li Mayak kəndinin 41 yaşlı sakini Vüqar Əliabbas oğlu Ələkbərov dünyasını dəyişib.
Hazırda qəza yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, sürücünün şəxsiyyəti dəqiqləşdirilir. (Virtualaz.org)
XƏBƏR LENTİ
2025/11/19 14:22

