Neftçalada toy karvanı qəzaya uğrayıb
Bu gün axşam saatlarında Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonun Aşağı Surra kəndindən keçən hissəsində, “Kür-Xəzər” şadlıq evinin qarşısında toy karvanındakı maşınlardan biri qəzaya uğrayıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, karvanla birlikdə şadlıq evinə dönmək istəyən 90 CS 754 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik maşını Salyan rayon sakinin idarə etdiyi 99 RS 105 dövlət nömrə nişanlı “FORD-TRANSİT” markalı yük daşıyan mikroavtobus ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomaşına xeyli ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

