“Neftçi”nin Avroliqa macərası başa çatdı
Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” III təsnifat mərhələsində cavab oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bakılılar İsraildə “Bney Yehuda”nın qonağı olub. Bakıda qeydə alınan 2:2 hesablı heç-heçədən sonra “ağ-qaralar” səfərdə qələbəyə ümid etsə də, bu, baş verməyib.
Petak Tikvadakı “Ha Moshava” stadionunda keçirilən qarşılaşmada “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən İsrail təmsilçisi pley-off mərhələsinə adlayıb.
16 avqust
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” – 2:1
Qollar: Dor Jan, 14, Tambi, 65 – Emin Mahmudov, 90+3 (pen)
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun – 2:2
“Bney Yehuda”: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon
“Neftçi”: 1. Səlahət Ağayev, 25. Kiril Petrov, 3.Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 93. Soni Mustivar, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 28. Stiven Monroz, 10. Dario Federiko, 19. Rauf Əliyev
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov,




