Netanyahu: “İsrail İranla müharibəyə hazırdır!”

Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib. Hökumət rəhbəri Tehranın Suriyada hərbi iştirakının artmasını İsrailə qarşı yönəlmiş addım kimi qiymətləndirib.
Minval.info saytı report.az-a istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, son aylar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri münaqişə zonasına hücum və müdafiə silahları, eləcə də zərbə PUA-ları, hava hücumundan müdafiə vasitələri və “yer-yer” sinfli raketlər toplayırlar. “İranın bizə qarşı yönəlmiş təcavüzünü dayandırmaqda qərarlıyıq, hətta bu münaqişə anlamına gəlsə belə. Yaxşı olar ki, indi, nəinki sonra”, — deyə Netanyahu bildirib. O əlavə edib ki, İsrail vəziyyəti gərginləşdirməyə çalışmır, lakin “istənilən ssenariyə hazırdır”. Baş nazirin sözlərinə görə, “vaxtında hərəkət etməyə” hazır olmayan ölkələrin buraxdığı səhvlər, sonradan onlara baha başa gəlir.

