Netanyahu:İsrail terrora qarşı kampaniyanı davam etdirəcək
Minval.info oxu.az-a istinadən məlumat verir ki, İsrailin baş naziri Binyamin Netanyahu dövlətinin terrorla bağlı sitasətindən danışıb. O bəyan edib ki , Qəzzada anti-terror kampaniyası tam sürətlə davam edir və fələstinlilərin hücumları dayandırılmayana qədər başa çatmayacaq.
“Qarşılıqlı zərbələr endirilir və bu, dərhal yekunlaşmayacaq. Bizim tələbimiz birmənalıdır – atəşin tam dayandırılması. Bundan azına qane olmayacağıq.
Biz artıq HƏMAS-a məxsus yüzlərlə hədəfi məhv etmişik və hər hücuma görə İsrail ordusu HƏMAS-dan qisas alacaq.
Məqsədimiz sərhədyanı bölgələrdə sülhü bərqərar etməkdir və biz buna nail olacağıq”, – baş nazir bildirib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

