Nevroloqdan vacib məsləhətlər: “Gecə terroru ən çox 3-14 yaş aralığında müşahidə edilir”
Uşaqların gecələr qan-tər içində oyanması, sanki xəyalı bir varlıqdan qorxurmuş kimi çəkinməsi, ünsiyyət qurmaqdan imtina etməsi bir çox valideynin narahatlığına səbəb olur.
Bir çoxları bu halı epileptik tutma ilə səhv salırlar. Bəs uşaqların gecə səksəkə ilə oyanmasına səbəb nədir?
Uşaq nevroloqu Rayihə Xudiyeva Minval.info-a açıqlamasında bu cür yuxu pozulmasına gecə terroru deyildiyini bildirib: “Gecə terroru ən çox 3-14 yaş aralığında müşahidə edilir. 7 yaşdan sonra azalmağa başlayır. Əsasən, yuxunun ilk 3 saatında baş verir”.
Gecə terrorunun əlamətləri:
Gecə terroru zamanı uşaqlar bir anda qorxmuş şəkildə şiddətli ağlayaraq yuxudan oyanır, yatağında əyləşir hətta daha bpyük uşaqlar qaça da bilər. Onların gözləri açıq olur, göz bəbəkləri genişlənir, ürək tdöyüntüləri artır, tənəffüs sürətlənir və tərləyir. Adlarının səslənməsinə reaksiya vermədikləri kimi, qəribə davranışlar da sərgiləyirlər: Başlarına vurur, saçlarını dartırlar.
Səbələri
Gecə terroruna səbəb olan müxtəlif amillər var. Uşaq nevroloqu gecə terrorunun səbəblərini belə göstərir: genetik amillər, Yuxu rejiminin düzgün olmaması, psixoloji travmalar gecə terroruna təkan verir”.
Yuxu rejimində problem:
Yarı oyaq yatan uşaqlar kabus gördüklərində fiziki olaraq oyanmalı olsalar da, ağılları hələ tam oyana bilmədiyi üçün kabusun təsirində qalırlar. Yuxu rejiminin düzgün olmaması irsi olaraq valideynlərdən uşağa keçə bilir.
Travmalar:
Uşaqların gündəlik olaraq qarşılaşdıqları hadisələr, izlədikləri cizgi filmlər, şiddət, ölüm, taciz kimi gözlənməyən hadisələr gecə terroruna səbəb olur. Uşaq yaşadığı hadisələri kabus kimi yox, beyin hüceyrələrini qoruma tədbiri və ya şüuraltının oyanması olaraq yaşadıqda gecə terroru baş verir.
Gecə terroru zamanı uşağa necə davranmaq lazımdır?
Rayihə Xudiyeva vurğulayır ki, terror zamanı uşağa toxunmaq, oyatmağa çalışmaq olmaz: “Sakit səs tonuyla sakitləşdirib, təkrar yuxuya getməsinə çalışmaq lazımdır”
Hələ tam oyanmamış uşağı zorla oyandırmaq, üzünə su səpmək, su içirməyə çalışmaq ciddi əqli problemlərə yol aça bilər.
Dəniz
Minval.info

