Çempion Elnur Məmmədli: “Türkiyə idmançısı uduzmağım üçün 200 min pul təklif etdi” – VİDEO
Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli “CBC Sport”da yayımlanan “İmza” verilişində şok açıqlama verib.
Minval.İnfo xəbər verir ki, Elnur Məmmədli müsahibəsində deyib ki, 2007-ci il dünya çempionatı zamanı türkiyəli idmançı ona uduzması üçün külli miqdarda pul təklif edib.
“Yarımfinalda Türk idmançı ilə görüşürdüm. Uduzmağım üçün mənə pul təklif olundu. Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa 150-200 min…
Həmin vaxt mənim üçün 200 min az pul deyildi. Ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. Həmin idmançı ilə indi dostuq, görüşürük. Çempion olandan sonra dövlət tərəfindən mənə ev, pul mükafatı, avtomobil verildi, amma bunlar məni dəyişdirmədi”.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

