Medianın “öldürdüyü” məşhurlar – FOTOLAR

Son illər xəbərlərdə, sosial şəbəkələrdə hansısa məşhurun öldüyünə dair tez-tez yalan xəbərlərə rast gəlirik.

Bir həftə öncə Məşhur aktyor Silestr Staloninin ölümü haqda yayılan yalan xəbər hər kəsi şok etmişdi. Ancaq sonrasında aktyor öz sosial şəbəkə hesabından xəbərin yalan olduğunu bildirib.

Minval.İnfo bu məqalədə medianın sözdə öldürdüyü məşhurlardan bəhs edəcək.

Britni Spirs

2016-cı il dekabr ayının 26-sı “Sony” şirkətinin Twitter hesabından “RIP @britneyspears #RIPBritney 1981-2016” mesajı paylaşılır. Bu xəbər bütün dünyaya tez bir zamanda yayılır. Ancaq sonradan bu xəbərin yalan olduğu, xəbəri yayan “Sony” şirkətinin hesabının hakerlər tərəfindən ələ keçirildiyi məlum olur.

Pol Makkartni

Keçmiş “The Beatles” qrupunun üzvü Pol Makkartni media tərəfindən düz iki dəfə “öldürülüb”. Birincisi 1966-cı ildə, ikincisi isə 2012-ci ildə baş verib. Gərçək isə budur ki, Makkartni hələ də sağdır və musiqi həyatına davam edir.

Morqan Friman

Oskar mükafatlı aktyorun yalan ölüm xəbəri “Twitter”də “CNN” kanalının “Morqan Friman evində ölü tapılıb” mesajını paylaşması ilə yayılıb. Sonradan isə xəbərin yalan olduğu məlum olur.

Ceki Çan

Ceki Çanın ölüm xəbəri 2013-cü ildə bütün dünyaya yayılır. Ceki Çan sonralar müsahibəsində hadisəni belə izah edir: “Menecerim səhər mənə zəng elədi və mənim necə olduğumu soruşdu, mən isə yaxşı olduğumu, niyə soruşduğunu soruşdum. Mənə hər kəsin məni ölü bildiyini dedi”

Emma Uotson

“Harry Poter” filmi ilə məşhurlaşan Emma Uotson 2009-cu ildə hələ 19 yaşı olanda “vmecritical.com” saytında öldüyünə dair xəbər yayılır. Xəbərdə gənc aktrisanın yol qəzası qurbanı olduğu deyilir. Lakin sonradan bunun yalan olduğu məlum olur.

Paris Hilton

Paris Hiltonun ölüm xəbəri isə qəribəliyi ilə seçilir. 2007-ci ildə mətbuatda onun həbsxanada öldüyü barədə xəbər yayılır. Xəbərdə onun içkili vəziyyətdə maşın sürdüyünə görə, həbsxanaya aparıldığı və həbsxanada anidən öldüyü bildirilib. Çox keçmədən bu xəbərində yalan olduğum məlum olur.

Castin Biber

Məşhur müğənninin ölüm xəbəri 2012-ci ildə dünyanın gündəm mövzusu olur. Biber özü xəbəri yalanlayana qədər hər kəs onun öldüyünü hesab edib.

Beyons

Beyonsun ölüm xəbəri isə qəddarlığı ilə seçilir. Xarabaya çevrilmiş maşın şəkli ilə paylaşılan xəbərdə Beyonsun qəza etdiyi bildirilib. Beyons bu xəbəri sosial şəbəkələrdə yalanladıqdan sonra həqiqət ortaya çıxıb.

Tamerlan Mehdi

Minval.İnfo

Maraqlı

Nəşr edilib: 2018/02/23 10:41

Baxış: 895


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06