Neymar 5 saat sorğu-sual olundu – Təcavüz iddiası
Najila Trindad adlı qadına təcavüzdə günahlandırılan PSJ-nin hücumçusu Neymar növbəti dəfə polis idarəsinə gedərək, ifadə verib.
Qol.az xəbər verir ki, Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birinə çağırılan braziliyalı futbolçu yenidən sorğu-sual olunub. Bu dəfəki prosesin 5 saat davam etdiyi bildirilir.
Məsələ ilə bağlı açıqlama verən Neymarın vəkili Flavia Merlini oyunçunun ittihamları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib. O, həqiqətən, gec-tez üzə çıxacağını söyləyib.
Qeyd edək ki, Neymarın mayın 15-də Parisdəki otellərin birində Najila adlı modelə təcavüz etdiyi iddia olunur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

