Neymar kapitan olmaq istəmir
Braziliya millisi və “Barselona”nın sabiq üzvü Edmilson həmyerlisi, hazırda PSJ-də çıxış edən Neymar haqda danışıb.
Qol.az bildirir ki, veteran müdafiəçi 27 yaşlı hücumçunun Amerika kubokunda yığmanın kapitanı olmasını istəmədiyini deyib:
“Oyunçu seçimimiz kifayət qədər çoxdur. Hər mövqe üçün alternativimiz var. Məncə, kapitanlıq sarğısını Neymara əmanət etmək üçün doğru zaman deyil”.
Qeyd edək ki, Amerika kuboku 14 iyunda start götürüb, 7 iyulda başa çatacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

