Neymar onu PSJ-dən qovub, yerinə dostunu gətirdir
“Liverpul”dan 120 milyon avro transfer haqqı və 40 milyon avro bonusla “Barselona”ya keçən Filipe Kountinyo PSJ-də oynaya ola bilər.
Minval.İnfo xəbər verir ki, “Tuluza” ilə oyunda Neymarla mübahisə edən Kilian Mbappeni PSJ rəhbərliyi komandadan göndərmək istəyir.
Rəhbərlik gənc ulduzu “Barselona”ya təklif etmək, qarşılığında Filip Kountinyonu almaq istəyir. Bu transfer daha çox Neymarın işinə yarayacaq. Çünki braziliyalı ulduz həmyerlisi ilə çox yaxın dostdu.
Hətta bəzi iddialara görə, Neymar PSJ-də oyunçu transferlərinə də müdaxilə edir. Klub rəhbərliyi ulduz futbolçunun, “Bu futbolçu xoşuma gəlmir, ya o, ya da mən deyərək” kimi sözlərinə də dözüm göstərir. Bir müddət Cavani ilə sözləri çəp gələn zaman onun da trasnfer xəbərləri ortaya atılmışdı.
Bu da bir daha sübut edir ki, milyonlarla pullar xərclənib, ulduz futbolçular alınan PSJ-də ciddiyət yoxdur.
Minval.İnfo


