Neymar qayıdacağı vaxtı açıqladı
PSJ-nin futbolçusu Neymar zədəsi ilə bağlı açıqlama verib.
Qol.az xəbər verir ki, braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında meydana qayıdacağı vaxtı açıqlayıb:
“Sağalma prosesi sürətli gedir. Müalicələrdən razıyıq. Yenidən meydana çıxmaq üçün səbirsizlənirəm. Zədəmin 8-10 həftə davam edəcəyi güman edilir”.
Xatırladaq ki, Neymar Fransa kubokunun 1/16 finalında “Strasburq”a qarşı matçda zədələnib. Onun sağ ayağında sınıq aşkarlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

