Nigar ayrılma xəbərindən danışdı

Əməkdar artist Nigar Şabanovanın rəsmi nikahdan bir neçə gün sonra həyat yoldaşından ayrılma xəbəri yayılıb.
MİNVAL.İNFO xəbər verir ki, şayiələrə səbəb xanəndənin bir neçə gün əvvəl yoldaşı Xəyyamla birlikdə yayımladığı şəkli silməsi olub. Eyni zamanda Nigar “Qaragözova” soyadının yanına yenidən əvvəlki “Şabanova” soyadını əlavə edib.
Nigar Axşam.az-a açıqlamasında məsələ ilə bağlı “Bunu məndən soruşmadan yazanlara nə deyim… Evimdə oturmuşam, hər şey də yaxşıdır. Bir-iki şərhə görə fotonu yoldaşım özü sildirdi” sözlərini söyləyib.
Qeyd edək ki, Xəyyam və Nigarın nikahı okstyabrın 25-də olub. Cütlüyün toyu isə yaxın günlərdə planlaşdırılıb.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

