“Nikolayevdə 56 sakin öldürülüb, 317 nəfər yaralanıb”

epa09874802 Vladyslava Liubarets (C), a Bucha resident, walks with her family past destroyed Russian military machinery, to meet her sister whom she did not see since the beginning of the Russian invasion, in Bucha, the town which was retaken by the Ukrainian army, northwest of Kyiv, Ukraine, 06 April 2022. Hundreds of tortured and killed civilians have been found in Bucha and other parts of the Kyiv region after the Russian army retreated from those areas. Russian troops entered Ukraine on 24 February resulting in fighting and destruction in the country, and triggering a series of severe economic sanctions on Russia by Western countries. EPA/ROMAN PILIPEY

“Müharibə başlayandan demək olar, hər gün bizi bombalayırlar. Əsasən kassetli mərmilərdən istifadə olunur”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın hazırda Rusiya tərəfindən aramsız hücumlarına məruz qalan şəhərlərindən olan Nikolayevin meri Aleksandr Senkeviç bildirib.

O deyib ki, müharibənin əvvəlindən Nikolayevdə 56 dinc sakin öldürülüb, 317 nəfər isə yaralanıb:

“Nikolayev şəhərinin sahəsi təqribən 260 kvadrat kilometrdir. Şəhərdə, təxminən, 3 300 çoxmərtəbəli bina var. Hərbi əməliyyatlar zamanı 317 binaya müəyyən dərəcədə ziyan dəyib. 60-a yaxın bina, tikili tam dağıdılıb və bərpa işləri aparmaq belə münasib deyil. Təkcə idarəolunan qanadlı raketlə vurulan Vilayət Dövlət Administrasiyasının binasında 36 nəfər həlak olub. Onlardan 34-nün meyiti dağıntılar altında aşkar edilib, 2-si isə aldığı müxtəlif dərəcəli xəsarətlər səbəbindən xəstəxanada keçinib. Ölənlərin 4-ü mühafizə xidmətinin əməkdaşı idi. Digərləri isə Vilayət Dövlət Administrasiyasında çalışan adi ofis işçiləri olub. Məsələn, 2 qız Təsərrüfat Məhkəməsinin əməkdaşı idi və binanın yuxarı mərtəbələrində yerləşən məhkəmə ofisində işləyirdi. Bir sözlə, binada olanların hamısı humanitar məsələlər, yəni vilayətdən təxliyə işləri ilə məşğul olurdular”.

Mer vurğulayıb ki, hazırda əhalinin, təqribən, 35 faizi şəhəri tərk edib: “Dəqiq sayı deyə bilmərik. Amma daşınan zibilin və istehlak olunan suyun həcmi əsasında müəyyən qənaətə gəlmək olur. Bu iki parametr əsasında Nikolayev şəhərinin əhalisinin 35 faizinin şəhəri tərk etdiyini müəyyənləşdirmək olar”.

Dünya, Vacib

Nəşr edilib: 2022/04/11 11:52

Baxış: 40


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06