Nişanlısından ayrıldı, özünü öldürdü – Bakıda intihar
Binəqədi rayonunda intihar hadisəsi olub.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 18-də, gecə saat 01 radələrində qeydə alınıb.
Belə ki, Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib.
İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Araşdırma davam edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

