Nizami Muradoğlu vəfat etdi

Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.
Minval.info xəbər verir ki, alim 66 yaşında dünyasını dəyişib.
N.Muradoğlu 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutunda çalışırdı.N.Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.N.Muradoğlu “Qızıl qələm”, “Vətən-media”, “Həsən bəy Zərdabi” mükafatları laureatı idi.Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
2025/11/19 14:22

