Nobel prospektində dəhşətli qəza: Sürücü iki yerə bölündü – VİDEO (18+) – YENİLƏNDİ

Məlumata görə, “Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Nəticədə 4 nəfər hadisə yerində ölüb.
“Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub”.
Minval.İnfo xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: “Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.
***
Bakıda Nobel prospektində dəhşətli avtomobil qəzası baş verib.
Minval.İnfo xəbər verir ki, hadisə axşam saatlarında yaşanıb.
Ölən və xəsarət alanların olduğu bildirilir.
Qəzanın təfərrüatları hələlik məlum deyil.
Görüntülərdə ölənlərdən birinin iki yerə parçalanıb dünyasını dəyişdiyi görünür.
Ürəyi zəif olanlar baxmasın!
Minval.İnfo

