Norveçlilərin üçdə ikisi Rusiya və Putini ən böyük təhdid adlandırıb
“İpsos” institutu tərəfindən keçirilən sorğuda Norveç vətəndaşlarının böyük bölümünün Rusiyadan qorxduğu ortaya çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “Daglabet” saytı məlumat yayıb.
Əldə olunan nəticələrə əsasən, rəyi soruşulanların 67%-i belə fikirdə olduğunu ifadə edib. Bu göstərici keçən ilkinə nisbətən 10% çoxdur. Araşdırma zamanı Rusiya liderinə etimadsızılığın da yüksək olduğu görünüb.
Norveç sosial elmlər araşdırma institutunun direktoru İver Noymannın sözlərinə görə, norveçlilərin qorxuları əsasən Ukrayna və Suriyadan sonra artıb. İ.Noyman özü Rusiyanın 3-cü dünya müharibəsini başlatmaq istədiyinə inanmadığını ifadə etsə də, dünyada baş alıb gedən siyasi sarsıntıların mövcud düzəni pozmaq potensiyallna qadir olduğunu deyib.
Norveçin Beynəlxalq münasibətlər institutunun baş elmi əməkdaşı Yuliye Vilhemsen isə ölkənin hakim dairələrinin əhali qədər “Rusiya təhdidi”ni gözlərində böyütmədiklərini qeyd edib. Onun fikrincə, mövzunu qızışdıran yerli mətbuatdır. Xanım Vilhelmsen medianı Vladimir Putin haqqında birtərəfli və qərəzli informasiyalar yaymaqda suçlayıb.
Lakin o da rəsmi Moskvanın Qərb ölkələri ilə münasibətlərinin inkişaf tempinin (mənfi yöndə) böyük təhlükə doğurduğunu etiraf edib.

