Novruz bayramında qeyri-iş günləri məlum oldu
Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.
Minval.İnfo xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günüdür.
Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

