Novxanı çimərliyində ürək sızladan mənzərə – 12 yaşlı oğlan öldü – VİDEO
Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.
Minval.info “report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.
Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.
Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

