Novxanıda “Land Rover”, talvar yanıb, 5 nəfər təxliyə edilib
Abşeron rayonunun Novxanı kəndində “Land Rover” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.
Minval.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

