Nur-Sultanda Suriya məsələsi üzrə iclas keçirilir
Türkiyə, Rusiya və İran nümayəndələri Suriyakı böhranlı vəziyyətdən çıxış yollarını müzakirə etmək üçün 17-ci dəfə Qazaxıstanın paytaxtı Nur-Sultanda toplanıblar.
Minval.info “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda Türkiyəni səfir Selçuk Ünal, Rusiyanı Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranı isə Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı təmsil edir.
Müzakirələr ikitərəfli və üçtərəfli formatda aparılır.
Toplantıda İraq, İordaniya və Liviya rəsmiləri də müşahidəçi kimi iştirak edirlər.
Qeyd edək ki, iki gün davam edəcək toplantıda humanitar yardımların çatdırılması, məhkumların dəyişdirilməsi və itkinlərin axtarışı kimi məsələlər müzakirə olunur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

