Nuran ilk klipini təqdim etdi – video
Gənc müğənni Nuran Məmmədov “Liatris Holding”in layihəsi olan ilk klipini təqdim edib.
Minval.info xəbər verir ki, iş xanım Ruhiyyə Əliyevanın layihə direktoru olduğu klipin təqdimatına şou-biznesin tanınmış simaları qatılıb. Sənət dünyasına ilk addımlarına atan Nuran klipin Türkiyədə ərsəyə gəldiyini bildirib:
“Müğənni olmaq uşaqlıq arzum idi, hər zaman dost məclislərində ifa edirdim. Bu arzumu dilə gətirən zaman Ruhiyyə xanım mənə dəstək olacağını dedi və beləliklə, “Şıkı-şıkı ba-ba” mahnısı və klipi ərsəyə gəldi. Ruhiyyə xanım başda olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox həyacanlıyam, yanımda olan hər kəsə minnətdaram”.
Qeyd edək ki, bəstənin sözləri və musiqisi Paster & Rzzaya məxsusdur. Mahnıya ekran həyatını türkiyəli rejissor İsmail Eren Yalçın verib.

