Nyu-Yorkda atışma: ölən və yaralananlar var
Nyu-Yorkun Bruklin rayonunda atışma olub, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Virtualaz.org bildirir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
İnsident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib.
Polis cinayətkarın axtarışına başlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

